Gömrükçülər qızıl-zinət əşyalarının qanunsuz yolla Azərbaycana gətirilməsi cəhdinin qarşısını alıblar
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yükyoxlama cihazı ilə gömrük baxışı keçirilib. Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...