Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ilin yazında Azərbaycana rəsmi səfər edə bilər
“CA-News” xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda bildirib.
Səfir qeyd edib ki, səfərin dəqiq tarixini indidən demək çətindir: “Çox güman, səfər bu ilin yazında, mayın sonunda baş tutacaq”.
Səfirin sözlərinə görə, səfər zamanı tərəflər geniş spektrli məsələləri, o cümlədən neft-qaz, aqro-sənaye kompleksi (ASK), tikinti materialları sənayesi, qida sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar. İki ölkə arasında birbaşa uçuşların tezliyinin artırılması məsələsi də həll edilə bilər.
Diplomat əlavə edib ki, tərəflər Bakı-Tbilisi-Qars dəhlizi çərçivəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı müzakirə aparacaqlar.
MilliYol.Az
Digər xəbərlər
loading...