Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsi rayonun bəzi ərazilərində evlərə təhlükə yarada bilər
Bu barədə Trend-ə açıqlamasında Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.
Onun sözlərinə görə, Ağsuçay artıq məcrasından çıxıb: “Hər il havalar yağıntılı keçərkən çayın suyu artdıqca bəndləri zədələyirdi. Son vaxtlar yağan yağışlar nəticəsində isə çay məcrasından çıxıb və bəndləri yuyub. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaradıb.
Hələlik evlərdə subasma faktı yoxdur, sadəcə təhlükəli vəziyyət yaranıb və hər an bu təhlükə arta bilər”.
İ.Mikayılov bildirib ki, məsələ ilə bağlı Ağsu rayon İcra Hakimiyyəti “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə müraciət edib və problemin qarşısının alınmasını xahiş edib.
MilliYol.Az
Digər xəbərlər
loading...