BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik təşkilata son 2 gündə Dəməşq ətrafındakı Şərqi Qutada baş verən atışmalar zamanı 100-dən çox insanın ölümü barədə məlumatın daxil olduğunu bildirib
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
“Bazar ertəsindən Şərqi Qutada 100-dən çox insanın həlak olması barədə məlumat daxil olub. Onlar arasında azı 13 uşaq var. Şərqi Qutanın 5 xəstəxanası və ya tibb məntəqəsi hava zərbələrinə məruz qalıb”, – deyə Dyujarrikin bəyanatında bildirilir .
BMT-nin məlumatına görə, mühasirəyə alınmış ərazıdə 400 minə yaxın insan var. Təşkilatda qeyd ediblər ki, Şərqi Quta deeskalasiya zonasıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...