Tehranda Gonabadi dərvişləri adı ilə anılan bir təriqətin üzvlərinin başladığı etiraz aksiyası dağıdılıb
Bir təriqət üzvləri polis bölməsinin qarşısında toplanaraq həbs olunan təriqət liderinin azadlığa buraxılmasını istəyiblər.
Təhlükəsizlik qüvvələri təriqət üzvlərinin dağılmalarını istəyəndə təriqət üzvləri bir avtobus və bir xüsusi nəqliyyat vasitəsilə təhlükəsizlik qüvvələrinə hücum edib. Hücum zamanı üç polis əməkdaşı, iki nəfər isə "Bəsic" könüllülər briqadasının üzvü ölüb.
Etirazçılardan 300 nəfər həbs edildikdən sonra aksiya başa çatıb. (Sputnik Azərbaycan)
Digər xəbərlər
loading...