Sumqayıtda yerləşən idman komplekslərindən birində bədbəxt hadisə baş verib.
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, idman kompleksinin hovuzunda üzən 1991-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 1-ci məhəllə sakini Ülkər Muradova boğularaq ölüb. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, üzgüçülük həvəskarı olan 25 yaşlı Ülkər Muradova iyulun 27-də kompleksə gəlib. O, hovuzda üzərkən, qəfil ürəktutması olub və boğulub.
Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, mərhum Ülkər Muradova Qubadlı Rayon Xəstəxanasında işləyirmiş.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...