Fevralın 20-də Tehranda sufi müsəlmanlarla toqquşmalarda beş təhlükəsizlik əməkdaşı və bir sufi öldürülüb, 300 nəfər həbsə atılıb
Bu haqda polis fevralın 20-də məlumat yayıb.
Qonabadi ordeninin üzvləri polis məntəqəsi qarşısında dini icmanın azı bir üzvünün həbsinə etiraz etməyə toplaşıblar.
Fevralın 20-də polisin sözçüsü Saeed Montazer Almehdi deyib ki, İslam İnqilab Keşikçiləri Qvardiyasına bağlı Bəsici hərbi qüvvəsinin iki üzvü öldürülüb.
Montazer Almehdi avtobusun sürücüsü daxil olmaqla, 300-dən çox adamın həbs olunduğunu bildirib.
Ancaq bu rəsmi rəqəmi dəqiqləşdirmək mümkün olmayıb. (Azadlıq radiosu)
Digər xəbərlər
loading...