Pensilvaniya Universitetinə aid saxta diplom düzəldib, 8 il boyunca insanlara özünü nitq pozğunluğunu müalicə edən bir mütəxəssis kimi təqdim edən şəxsin fırıldağı üzə çıxıb
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bursada 8 il boyunca kəkələmə və nitq pozğunluğu üzrə Pensilvaniya Universitetinin loqolarının olduğu saxta professor sertifikatı düzəldib müalicə mərkəzi işlədən E.N.K adlı fırıldaqçı nəzarətə alınıb.
Saxta professorun yalanını, müalicə üçün gəlib sağalmayan xəstələr ortaya çıxardıb. Aparılan araşdırma zamanı saxta professorun lisey məzunu olduğu ortaya çıxıb.
Polisə verdiyi ifadədə ittihamları qəbul etməyən saxta professor sertifikat aldığını, sertifikata yanlışlıqla professor dərəcəsi yazıldığını və onun da məhz bu səbəblə professor adını özünə götürdüyünü bildirib.
Digər xəbərlər
loading...