Ötən gün Ermənistanın Armavir rayonunun Eçmiədzin şəhərində quldurluq hadisəsi baş verib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu Hamlet Nersisyan komanda yoldaşlarına şəhər sakini Rafael Mxitaryana hücum edərək, onu qaçırmağı göstəriş verib. Lakin Rafael dostlarını köməyə çağırmaqla hücum edənlərdən yaxa qurtara bilib.
Rafael Mxitaryanın bildirdiyinə görə, səbəb 3 milyon 200 min dram olub. Sonra o, Eçmiədzin polis şöbəsinə hadisə barədə məlumat verib. Onun dediyinə əsasən, bütün bu hadisələr Voskehat kəndində “Li Qaz” müəssisəsinə təxminən 10 min dollar sərmayə sərf etdikdən sonra baş verib.
MilliYol.Az
Digər xəbərlər
loading...