«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Moskva və Pekin Amerika Birləşmiş Ştatlarının (ABŞ) kommersiya, mülki və hərbi peyklərini sıradan çıxartmaq qabiliyyətinə malik olacaq silah yaratmaq üzərində işləyirlər. Bu barədə ABŞ milli kəşfiyyatının məruzəsində söhbət açılır
Sənəddə qeyd olunur ki, belə silah yaxın illərdə dünyanın aparıcı dövlətlərinin arsenalında yer ala bilər. «Bundan başqa, Rusiya və Çin peyk əleyhinə xüsusi hərbi bölmə yaradıblar» – deyə, ABŞ kəşfiyyatında qeyd ediblər. Bu kontekstdə ABŞ, kosmosda situasiyanın daha da gərginləşə biləcəyindən ehtiyatlanır.
«Rusiya və Çin ABŞ və onun müttəfiqlərinin hərbi potensialını aşağı salmaq üçün peyk əleyhinə silah yaratmaq üzərində işləyirlər» – deyə, məruzə müəllifləri qeyd edirlər.
ABŞ kəşfiyyatının ekspertləri xəbərdarlıq edirlər ki, Rusiya və Çin gələcək münaqişələr zamanı həmin silahdan istifadə edə bilərlər. Ona görə də Vaşinqton öz peyklərinin müdafiə olunmaq səviyyəsini yüksəltmək niyyətindədir.
MilliYol.Az
Digər xəbərlər
loading...