Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkilərində nаmizədlər bu gündən qeydə alınmaları üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilərlər
“Report” xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına əsasən, sənədləri səsvermə gününə ən çoxu 50 gün (20 fevral) qalmış Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.
Sənədlərin təqdim edilmə müddəti isə martın 12-də saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, Prezident seçkiləri aprelin 11-nə təyin olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...