PYD və YPG terrorçularının Afrində mövqelərini Suriya hökumət qüvvələrinə təhvil verəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil
Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
O bildirib ki, Suriya qoşunları Afrinə daxil olmayacaq: "Suriya tərəfi də bu informasiyanı təsdiq etməyib".
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...