iBu gün Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib
Palatadan verilən məlumata görə, iclasda “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, ləğv prosesində olan “Gəncəbank”, “Parabank”, “Bank Technique” və “RoyalBank” ASC-lərin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbirlərinin nəticələrinə dair
Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq edilib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub, müvafiq qərarlar qəbul edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...