"Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı ticarət üçün böyük potensial mövcuddur"
“APA-Economics”in Pakistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu Pakistan prezidenti Məmnun Hüseyn bu ölkədə səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşü zamanı bildirib. Onun sözlərinə görə, hər iki ölkə bu imkanlardan yararlanmaq üçün birgə işləməlidirlər.
Pakistan prezidenti vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün mütəmadi olaraq biznes və işgüzar görüşlər keçirilməlidir. O qeyd edib ki, bu məqsədlə Azərbaycan və Pakistan müxtəlif bölgələrdə fəaliyyət üçün birgə müəssisələr yaratmalıdır.
M.Hüseyn bildirib ki, hər iki ölkə əsas qlobal və regional məsələlərdə ümumi mövqeyə malikdirlər və bir-birilərini beynəlxalq forumlarda dəstəkləyirlər: "Bu da iki ölkə arasında sıx və qardaşlıq münasibətlərinin təcəssümüdür".
Pakistan prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıyır və xüsusilə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. O, Azərbaycanın Cammu və Kəşmir məsələsi ilə bağlı Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirib.
Samir Şərifov isə bildirib ki, Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və hesab edir ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının bəyannamələrinə uyğun öz həllini tapmalıdır. O həmçinin bildirib ki, Azərbaycan gələcəkdə də Pakistanla iqtisadiyyat müxtəlif sahələrində əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.
MilliYol.Az
Digər xəbərlər
loading...