Türkiyə Silahlı Qüvvələri və ASO-nun azad etdiyi Burseyanın müdafiəsinə terrorçular uzun müddət hazırlaşıb
Axar.az xəbər verir ki, Burseya dağının azad edilməmişdən əvvəlki fotoları paylaşılıb.
Məlumata görə, terrorçular müdafiəni gücləndirmək, sığınacaq və səngər qazmaq üçün əraziyə xeyli sayda texnika cəlb edib. Həmçinin tunellerin möhkəmləndirilməsi istiqamətində geniş iş aparılıb.
Türkiyə ordusunun keçirdiyi möhtəşəm əməliyyat və gedən şiddətli döyüşlərdə göstərilən qəhrəmanlıq terrorçuların müqavimətini qırıb və hazırlıqlar boşa çıxıb.
Qeyd edək ki, Türkiyə ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində Busreya dağını yanvarın 28-də YPG terrorçularından təmizləmişdi.
Digər xəbərlər
loading...