Aparıcı Zümrüd Qasımova bu gün əməliyyat olunub.
Axşam.az-a açıqlama verən aparıcı illərdir xərçəngdən əziyyət çəkdiyini deyib:
"Ana ola bilmirdim. Bu yaxınlarda möcüzə nəticəsində hamilə olduğumu öyrəndim. Bu, doğrudan da möcüzə idi. Amma mənim üçün uşaq dünyaya gətirmək ölüm demək idi. Çünki xərçəng olan şəxs övlad dünyaya gətirəndə, bu xəstəlik daha da irəliləyir. Ana olmaq xəyalımla ömürlük vidalaşaraq əməliyyat olundum. Yaşamaq gözəldir. Bacımın övladları var. Onları öz balam kimi sevirəm".
Qeyd edək ki, Z.Qasımovanın sonuncu iş yeri "Xəzər" telekanalında "Yeri gəlmişkən" verilişi olub. O, sentyabrdan fəaliyyətini Region TV-də davam etdirəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...