Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 176) ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın 5.2.1-ci və 5.4.2-ci yarımbəndlərindən “Respublika” sözü çıxarılsın.
Digər xəbərlər
loading...