Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb
“Report” xəbər verir ki, qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Kollegiyanın üzvləri:
energetika nazirinin müavinləri;
Energetika Nazirliyinin Aparatının rəhbəri;
Energetika Nazirliyinin Aparat rəhbərinin müavini – daxili nəzarət şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
MilliYol.Az
Digər xəbərlər
loading...