Bu gün Bakı Apellyasiya Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin barəsindəki hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən şikayət üzrə məhkəmə başlayıb
APA-nın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Sonra vəkil Abil Bayramov vəsatət qaldıraraq, məhkəmə baxışının qismən istintaq aparılmaqla keçirilməsini istəyib.
Vəsatət təmin edilməsə də, hakim bildirib ki, iclaslar zamanı zərurət yaranarsa, məhkəmə qismən istintaqla keçiriləcək.
Proses martın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, Seymur Qarayev 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. S. Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Yol qəzasında ölən Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadənin 166 min manatlıq mülki iddiası qismən təmin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsdən maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat tutularaq yol qəzasında ölən Əli Əliyevin ailəsinə verilməlidir.
İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmayıb və apellyasiya şikayəti verib. Xatırladaq ki, prokuror S. Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs-qətimkan tədbirinin seçilməsini, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunmasını istəyib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşı olan S. Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 263.1-ci (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. 2016-cı il fevralın 14-də baş vermiş qəzada xəsarət alan Əli Əliyev 504 gün komada qalıb, ötən il iyulun 2-də vəfat edib.
MilliYol.Az
Digər xəbərlər
loading...