Xəbər verdiyimiz kimi, Masallı rayon sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Bakı şəhər sakini, 57 yaşlı Natiq Əliyevin idarə etdiyi "Toyota" markalı avtokran toqquşub
“ARB TV”dən virtualaz.org-a bildirildiyinə görə, qəza nəticəsində mikroavtobusda olan sərnişinlər-Masallı rayon sakinləri, 18 yaşlı Asif Qardaşov və 17 yaşlı Şəbnəm Musayeva hadisə yerində dünyasını dəyişib.
50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov isə xəsarətlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qəzada dünyasını dəyişən Asif Qardaşov BDU-nun 1-ci kurs tələbəsi imiş. Onun qardaşının da keçən il avtoqəzada həyatını itirdiyi deyilir.
Fakt araşdırılır.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/EhnLISr3Oow" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>
MilliYol.Az
Digər xəbərlər
loading...