İcra başçısı Vaqif Abdullayev özünü şirkətə şərik edib
Ölkəmizdə rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilən tenderlərin böyük bir hissəsində korrupsiya hallarının olması barədə dəfələrlə dövrü mətbuatda məlumatlar dərc edilib. İcra başçıları özlərinə yaxın olan şirkət rəhbərləri ilə əlbir olaraq tenderlərdə böyük maliyyə maxinasiyalarına yol verirlər. Belə şirkətlərdən biri də hazırda Beyləqan rayonunda tender layihələrini həyata keçirən “Veteks-2017” MMC-dir.
Beyləqan rayonundan MilliYol.Az-a daxil olan məlumata görə, “Veteks-2017” MMC rayon mərkəzində yaşayış binalarında gördüyü işlərin böyük əksəriyyətində maliyyə maxinasiyalarına yol verib. Yaşayış binalarının örtükləri dəyişdiriən zaman layihə-smetada göstərildiyi kimi taxta materiallarınım dəyişdirilməsindən demək olar ki, əsər-əlamət yoxdur.
Layihidə göstərilib ki, yaşayış binlarının bütün dam örtükləri dəyişdirilir və yeni materiallardan istifadə olunur. Lakin “Veteks-2017” şirkətinin yaşayış binalarında gördüyü işlərin böyük əksəriyyətində təzə materiallardan istifadə olunmayıb.
Beyləqan İcra Hakimiyyətindəki etibarlı mənbənin MilliYol.Az-a verdiyi məlumata görə, “Veteks-2017” MMC-yə binalarda görülən işlərdə köhnə materiallardan istifadə edilməsi tapşırığını icra başçısı Vaqif Abdullayev verib. Belə ki, başçı şirkətin rəhbərliyi ilə anlaşaraq sənədləşdirmədə qeyd edilən təzə materialları görülən işlərdə köhnələri ilə əvəzləyirlər. Əslində köhnə materialllar yaşayış binalarının üstündəki Sovet dövrndən qalma materiallardır. Hazırda Beyləqan şəhərində “Veteks-2017” MMC-nin təmir etdiyi yaşayış binalarının damlarında istifadə olunan taxta materialalrının 90 faizi köhnədən qalanlardır. Sadəcə tam örtüyündə istifadə olunan üzlüklər standartlara uyğun olmadığı üçün onların tam yapışdırılması üçün əlavə taxtalardan istifadə edilib.
Məlumata görə, “Veteks-2017” MMC-nin təmir etdiyi binalarda görülən fasad işlərinin qiyməti 2-3 dəfə şişirdilib. Üst-üstə Beylqəan rayon İcra Hakimiyyətindən MMC-yə abadlaşdırma, təmir və sair işlərin görülməsi üçün 1 milyondan artıq vəsait köçürülüb.
İcra Hakimiyyətindəki mənbəmizin bildirdiyinə görə, Vaqif Abdullayev əvvəllər “Veteks-2017” MMC-nin rəhbərindən 10 faiz hesab alırdısa, indi bu rəqəm ortadan qalxıb və şərikli biznes sahəsinə keçib. Çünki istifadə edilən materialların 90 faizinin köhnə olması böyük vəsaitin mənimsənilməsini göstərir. Şirkətin təkcə taxta və digər köhnə materialların maxinasiyasında qazancı bir neçə yüz min manat olduğu deyilir.
Beyləqan İcra Hakimiyyətindəki mənbəmiz iddia edir ki, “Veteks-2017” MMC-nin rəhbərliyi Hesablama Palatasının rayonda aparacağı yoxlamadan əndişəyə düşüb. Çünki yaşayış binalarında edilən təmir işləri Palata tərəfindən yoxlanılsa, o zaman ortaya dövlətin külli miqdarda vəsaitinin mənimsənilməsi çıxacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...