Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib
MilliYol.Az Yenicag.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ağır xəsarəti alıb.
Hadisə nəticəsində sexdə olan 3 nəfər – 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...