“Hərbi çevrilişə cəhdin Türkiyədəki bir nömrəli şübhəlisinin mülki vətəndaş olduğunu təxmin edirik”.
Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin köməkçisi Nurəddin Canikli deyib.
“Bu təşkilatın kapitanı bildiyiniz kimi Pensilvanyadadır (Fəthullah Gülən –red.) Hərbi çevriliş cəhdinin Türkiyədəki bir nömrəsi indiki məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrindəki bir şəxsdir. Amma onun da üstündə başqa bir adamın olub-olmadığını görəcəyik. Əgər varsa, o, mülki vətəndaşdır. Pensilvaniyadakı şəxsin yerinə Türkiyədəki bir nömrənin mülki vətəndaş olduğunu təxmin edirik”, - baş nazirin köməkçisi qeyd edib.
O, ABŞ-ın bu hadisələrdən sonra “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) lideri Fəthullah Güləni başqa bir ölkəyə göndərəcəyini düşünmədiyini bildirib: “Aramızda cinayətkarların mübadiləsi ilə bağlı bir razılaşma var. İndiki halda ABŞ-ın Güləni başqa bir ölkəyə göndərməsi başqa anlama gəlir. Təşkilatda böyük təmizlik aparıldı, sistem dağıdılıb”
MilliYol.Az
Digər xəbərlər
loading...