“Son dərəcə reallıqdan kənardır”
Rəsmi Vaşinqton Türkiyənin Afrin əməliyyatı zamanı kimyəvi silah tətbiq etməsi iddialarına münasibətini açıqlayıb. “Asoşeyted Press”ə açıqlama verən ABŞ rəsmisi bu iddiaları “son dərəcə reallıqdan kənar” adlandırıb.
O, bildirib ki, Türkiyənin qadağan edilmiş silahdan istifadəsini sübut edə biləcək heç bir dəlil yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Suriyanın rəsmi SANA xəbər agentliyi Türkiyə hərbi qüvvələrinin Afrinin Mezyene kəndi yaxınlığında zəhərli qazdan istifadə etdiyini və 6 nəfərin xəstəxanaya yerləşdirildiyini yazmışdı. (lent.az)
Digər xəbərlər
loading...