Tehran-Yəsuc reysi ilə uçuş həyata keçirən sərnişin təyyarəsinin İsfahan əyalətinin Semirem rayonunda, fermalar yerləşən ərazidə qəza enişinə cəhd etdiyi, bu zaman qəzaya uğradığı bildirilir
Press TV xəbər verir ki, təyyarənin göyərtəsində 60-dan 100-ə qədər adam olub.
Bir neçə nəfərin qəzadan sağ çıxa bildiyi qeyd olunur. Şahidlər təyyarənin çöllüyə düşdüyünü bildirirlər.
* * *
Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Göyərtəsində 60 sərnişin olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb.
Təyyarənin Tehran-Yasuc aviareysini yerinə yetirdiyi açıqlanıb.
Digər xəbərlər
loading...