ABŞ prezidenti Donald Tramp Florida qətlyamında Federal Təhqiqatlar Bürosunu günahlandırıb
Milli.Yol-un Trend-ə istinadən məlumatına görə, Tramp bəyan edib ki, FTB Rusiyanın ABŞ-daki prezident seçkilərinə ehtimal olunan müdaxiləsinə dair araşdırmalara həddinən artıq çox vaxt sərf edib və beləliklədə "Florida qatili" barədə daxil olan məlumatlara önəm verməyib.
"FTB-in Florida qatili barədə daxil olan bir çox siqnalları qaçırması çox üzücüdür. Bu qəbuledilməzdir. Onlar Rusiya ilə gizli sövdələşmənin mövcüdluğunu sübuta yetirmək cəhdlərinə həddindən artıq çox vaxt sərf edirlər", - Donald Tramp özünün Tvitter hesabında yazıb.
РЕКЛАМА
silvanols.az
Подробно
Native Video by Adributor
Xatırladaq ki, bir neçə gün öncə 19 yaşlı Nikolas Kruz ABŞ-ın Florida ştatındaki məktəbdə atəş açmış, hadisə nəticəsində 17 nəfər həlak olmuşdu.
Digər xəbərlər
loading...