«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştailarının (ABŞ) dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri çərçivəsində aparılmış danışıqlardan sonra, qəbul edilmiş ikitərəfli bəyanatla Türkiyə və ABŞ Suriyanın ərazi bütövlüyü və milli birliyinin sazlanmısına sadiq olduqlarını bəyan ediblər
Xəbər verildiyi kimi, Tillerson Türkiyəyə iki günlük səfərə gəlib.
Bu ərəfədə o, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanla danışıqlar aparıb. Gümə günü Tillersonun Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu ilə də görüşü olub.
Məlum olduğu kimi, ABŞ-n Suriyadakı YPG terrorçu qrupaşmasına dəstək verliyinə görə, son günlər Türkiə-ABŞ arasında münasibətlər böhran həddinə çatıb. Belə ki, Türkiyə YPG-ni terrorçu PKK-nın Suriya qolu, başqa sözlə, terrorçu təşkilat hesab edir. Eyni zamaanda,Türkiyə hələ də ABŞ-dan vaiz Fətulla Güləni (FETO) tələb edir. Sonuncu, 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
«Türkiyə və ABŞ Suriyanın ərazi bütbvlüyünün və milli birliyinin saxlanmasına öz sadiqliyini təsdiqləyir. Bu məqsədlə biz, qəti şəkildə Suriyanın demoqrafiq dəyişikliyi istiqamətindəki bütün cəhdlərə qaprşı çıxırıq» - deyə, bəyanatda bildirilir.
«Suriya böhranını yalnız siyasi yolla həll etməyin mümkünlüyünü və bunun üçün həyati əhəmiyyətli siyasi keçidin vacibliyini etiraf edərək, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 2254 saylı qətnaməsi və Cenevrə prosesi çərçivəsində bu nəticəni əldə etmək üçün , Türkiyə və ABŞ öz əməkdaşlığını aktivləşdirmək istiqamətində razılığa gəldi» – bəyanatda deyilir.
«Türkiyə və ABŞ çoxdankı müttəfiq olaraq, terrorçüluğun bütün forma və təzahürləri ilə birgə mübarizə aparmaqda qərarlı olduqlarını təsdiqləyirlər. Onlar bir daha bəyan edirlər ki, «İslam dövləti», «Əl-Qaidə», Kürdüstan işçi partiypsı (PKK) və bütün digər trerrorçu təşkilatlarla və onların qol-budağı ilə mübarizə aparmaqda qərarlıdırlar. Biz, öz dövlətlərimizin, birbaşa ölkələrimizə istiqamətlənmiş terror təhdidlərindən özünümüdafiə haqqını tanıyırıq…» – sənəddə deyilir.
Bəyanata görə, Türkiyə və ABŞ ikitərəfli münasibətlərdə həll olunmamış məsələlərin həllinə saliq olduqlarını təsdiqləyir: «Bu məqsəd üçün tərəflər, konkret nəticələr verəcək mexanizmin yaradılması istiqamətində razılığa gəldilər. Bu mexanizm mart ayının ortalarından gec olmayaraq, işə salınacaq» – birgə bəyanatda deyilir.
MilliYol.Az
Digər xəbərlər
loading...