Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər
Modern.az xəbər verir ki, siyasətçinin vəkili Ruslan Çernolutskinin sözlərinə görə, Saakaşvili onunla bağlı prosedur qərarlar yekunlaşmadan Ukraynadan deportasiya edildiyini deyib.
“Ukrayna hakimiyyəti Saakaşviliyə vətəndaşlığını bərpa etmək şansı vermədən və əlavə yardım hüququndan məhrum etməklə deportasiya edib. Məhkəmədə məhz bu məqamı qabardacağıq. Artıq bütün sənədlər Avropa Məhkəməsinə göndərilib”,-deyə Çetnolutski vurğulayıb.
Xatırladaq ki, Saakaşvili hazırda Hollandiyadadır.
Digər xəbərlər
loading...