Ötən ilin sentyabrında evi soyulan aktyor Elnur Kərimov oğrunun tapılmadığını deyib
Axşam.az-ın məlumatına görə, Elnur ona dəyən ziyandan danışıb:
“55 qram qızıl, iki min manat nəğd pul və akssessuarlar var idi. Ümumilikdə bizə beş mindən çox ziyan dəyib. Bəzən deyirlər ki, canın sağ olsun, gedib da. Bunu yüz mini olan üçün deyirlər. Mənim beş minim olub, o da gedib axı...”.
Aktyor polislərin işə məsuliyyətsiz yanaşmasından gileylənib:
“polis bölməsinin rəisi bizi çağırıb dedi ki, ərazimizdə belə bir şeyin olmağı acınacaqlı hadisədir. Bununla razı ola bilmərik. Bizə bir həftə vaxt verin, bu barədə mətbuata da açıqlama verməyin. Biz sizə nəticəni göstərəcəyik. Həmin hadisə sentyabrın 8-də baş verib. Ancaq beş aydır unudulub gedib. Hətta mənə irad da bildirdilər ki, niyə mediaya açıqlama vermisən. Mən incəsənət adamıyam. Nəsə olanda da mətbuatla bölüşürəm. Onlar mənə ucalıq gətirir.
Suraxanı rayonundakı polis bölməsindən zəng vurub maraqlandılar. Heç bir irəliləyiş yoxdur. Amma iş bağlanmayıb. Həmin günü işin üstünə düşmək lazım idi. Qızılların şəkli ətrafda zinət əşyaları satılan mağazalara göstərilməli idi. Qızıl alış-verişi yalnız şəxsiyyət vəsiqəsi ilə baş verir. Bir həftə sonra xahiş etmişəm ki, gəlin sizə şəkilləri, məlumatı verim”.
Digər xəbərlər
loading...