«AzPolitika.info» Türkiyə KİV-nə istinadla xəbər verir ki, Türkiyə silahlı qüvvələri (SQ) Suriyanın İdlib əyalətində sayca 6-cı müşahidə məntəqəsi yaradacaq
Hal-hazırda müşahidə məntəqələri İdlib-Afrin xətti üzrə və Türkiyə ilə həmsərhəd Şeyx Akil dağında fəaliyyət göstərir.
Qeyd olunur ki, Türkiyə zirehli texnikası karvanı Maarret-ən-Nuuman şəhəri rayonuna çatıb və Astana sazişinə uyğun olaraq, Türkiyə silahlı qüvvələri 6-cı müşahidə məntəqəsini burada quracaq.
Bəzi KİV-in məlumatına görə, yeni müşahidə məntəqəsi aprtıq istifadəyə hazır vəziyyətdədir.
Məlumat üçün bildirək ki, bundan əvvəl, ötən həftə Türkiyə və Rusiya liderləri – Ərdoğan və Putin telefon danışığı zamanı, İdlibdəki təhlükəsizlik zonasında müşahidə məntəqələrinin yaradılması prosesini sürətləndirmək barədə razılığa gəlmişdilər.
Digər xəbərlər
loading...