Niderland parlamentinin aşağı palatası fevralın 15-də qondarma erməni soyqırımı ilə bağlı iki sənəd qəbul edib
Novator.az bildirir ki, bir sənədə əsasən, aşağı palata “erməni soyqırımı”nı tanıyır, digər qərara görə, dövlət katibi və ya nazir bu ilin aprelində Ermənistanda keçiriləcək anım mərasimlərinə qatılmalıdır.
Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək onlarca ölkə (Fransa, İtaliya, İsveçrə, Belçika, Yunanıstan, Kipr, Polşa, Slovakiya, Danimarka, Çexiya, Litva, Rusiya, Kanada, Uruqvay, Argentina, Vatikan, Livan, ABŞ-ın 40-dan çox ştatı və s.), Avropa Parlamenti rəsmən tanıyıb.
Digər xəbərlər
loading...