“Azərbaycanda ən çox filmə çəkilən aktrisa mənəm. “Az çəkilir, amma bütün aktrisalardan bahalı maşın sürür” deyənlərdən soruşun görün ki, onlar kinostudiyanın qapısını tanıyırlarmı? Əgər 1 ildə 5 filmin qalasında sırf baş rolda oynamışamsa, bu heç də az deyil”
Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva “Səhər-səhər” verlişində deyib.
Pərvin bahalı maşın sürməsi ilə bağlı qınanılmasına cavab verib:
“Bəzən ildə 50 min qonorarım olur. Ən bahalı maşını sürürəm yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədir, səni görəndə qucaqlayıb öpürlər, “birdənəsən, gözəlim, kuklam” deyirlər. Üzünü çevirməyə peşmansan, həmin dəqiqə dalınca min söz danışırlar”.
Pərvin gəlirinin yalnız aktrisalıqdan olmadığını bildirib:
“573 min izləyicisi olan “İnstagram” səhifəm var. Bütün məşhurlar kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən yox. Çünki mən də əziyyət çəkirəm. Filmdi, serialdı çəkilirəm. İşləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam”.
Digər xəbərlər
loading...