Bu gün “Hər şey daxil” verilişində qonaq olan müğənni Şəbnəm Tovuzlu gözlənilməz halla qarşılaşıb
Lent.az-ın məlumatına görə, Səadət adlı tamaşaçı efirə zəng edərək bildirib ki, müğənninin ona 208 manat borcu var: "4-5 il əvvəl Şəbnəm Tovuzlu Bakıxanov qəsəbəsində qalırdı. Mağazamdan alver edirdi, 208 manat mənə borcludur”.
Şəbnəm isə öz növbəsində xanımın iddialarına cavab verib: “Yadıma gəldi, Səadət xanım ağbirçəkdir. Mənim qızımın dayəsinin qaldığı evin yanında mağazası var idi. Sizə ayıb olsun, bu qədər hörmət etmişəm. Efirə zəng vurub deyirsiz ki, “Tolik, yanındakı Şəbnəm Tovuzlu var ha”. Sizə 4-5 min manat xeyir verən adamam. Mən sizə 208 yox, 1800 manat verərəm. Bəli, 8 il əvvəl Bakıxanovda qalmışam. Sizdən neçə minlik alver etmişəm, xeyir vermişəm, haramınız olsun. Bu xanımın nömrəsini saxlayın, xahiş edirəm, özüm əlaqə saxlayacam”.
Digər xəbərlər
loading...