ABŞ Hərbi Qüvvələrinin mərkəzi komandanlığı erməni mənşəli amerikan Cefri Harriqyana həvalə olunub
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə,ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığına erməni əsilli amerikalı Ceffri Harriqyan rəhbərlik edir. Məlumata görə, general-leytenant C.Harriqyan Mərkəzi və Cənub-Qərbi Asiyanın 20 dövlətində fövqəladə hallarla bağlı planların hazırlanması, hava əməliyyatının həyata keçirilməsinə məsul şəxsdir.
ABŞ-da bir neçə yarış oyunu olan “Dover International Speedway”ın rəhbəri və “Dover Motorsports” kampaniyasının direktoru Mikayel Tatoyan bildirib ki, brifinqlərin birində Harriqyana yaxınlaşıb və generalla təmasda olub. Tatoyanın sözlərinə görə, erməni hərbçiyə özünün də erməni olduğunu deyib və onların mehriban təması yaranıb. M.Tatoyan bildirib ki, onlar qucaqlaşıb, əl verib görüşüblər, daha sonra isə ailələri barədə bir-birinə danışıblar. “Baxan kimi görünür ki, o, ermənidir”-Tatoyan erməni hərbçi barədə deyib.
Digər xəbərlər
loading...