“Azərbaycanda tibbi xidmətlərin yaxşılaşdırılmasına və keyfiyyətinin daha da artırılmasına ehtiyac var”
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, tibb və fundamental elm çox yaxın sahələrdir: “Çünki tibb fundamental elmin inkişafı qarşısında bir sıra məsələlər qoyur və inkişaf etməsinə yardımçı olur. Son 10 il ərzində elmi avadanlıqlar yeniləşir. Güman edirəm ki, səhiyyə sahəsində də belə irəliləyiş əldə olunub. Odur ki, hər iki qurum cihazlardan səmərəli istifadə edə bilər. Çünki səhiyyə sahəsində mövcud olan bir çox problemləri süni intellektlə həll olunur. Elmi tədqiqatların gələcək inkişafı bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlıdır”.
A.Əlizadə qeyd edib ki, Azərbaycanda, o cümlədən Bakıda da uzunömürlü insanların sayı çoxalıb: “Akademiya və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə uzunömürlülük laboratoriyası yaradıla bilər”.
O, həmçinin əlavə edib ki, ölkədə biotexnologiya, kök hüceyrələri, nüvə tibbi istiqamətləri üzrə də laboratoriyaların yaradılması vacibdir.
Digər xəbərlər
loading...