Vyanada ATƏT-in Daimi Şurası təşkilatın 2018-ci il üçün büdcəsini təsdiqləyib
“Report” xəbər verir ki, 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək olan müddətə ATƏT-in büdcəsi 137 801 200 avro təşkil edir. Təşkilatın ötənilki büdcəsi 138 982 600 avro olub.
Bu il üçün büdcə 4,5 ay davam edən danışıqlardan, 25 rəsmi və 150-dən çox qeyri-rəsmi görüşdən sonra qəbul edilib.
Qeyd edək ki, ATƏT-in Daimi Şurasında təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.
ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir.
Digər xəbərlər
loading...