Sürüşmə zonasının sakinləri kirayə mənzillərə köçürüləcək – Nazirlər Kabineti qərar qəbul edib
“Report”un əldə etdiyi məlumata görə, qərara əsasən, maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirməlidir.
Sakinlərə hansı məbləğdə maliyyə vəsaitinin ayrıldığı hələ məlum deyil.
Xatırladaq ki, yanvar ayının son ongünlüyündən etibarən Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb. Sürüşmə hələ də aktiv fazadadır və davam edir. Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail Rayon İcra Hakimiyyəti (RİH) ərazidən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvü köçürüb. Fevral ayının 10-da ərazidəki növbəti sürüşmə nəticəsində 4 ev dağılıb. Hazırda təhlükə səbəbindən əraziyə heç kim buraxılmır. Səbail RİH ərazidə evi olan sakinləri siyahıya alıb.
Digər xəbərlər
loading...