Rusiyanın Omsk vilayətinin Çerlak rayon polis idarəsində maraqlı hadisə baş verib
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, polis Azərbaycan vətəndaşını idarəyə gətirərək onun sənədlərini yoxlamaq istəyib. Bu vaxt azərbaycanlı sərbəst buraxılması üçün polisə 10000 rubl (təxminən 300 manat) pul təklif edib.
Amma ona xəbərdarlıq edilib ki, rüşvət vermə Rusiya qanunları ilə cinayətdir.
Amma həmyerlimiz deyilənləri başqa cür anlayıb. Polisin stolunun üstündəki Rusiya Federasiyası Cinayət Məcəlləsinin götürüb, pulu onun içinə qoyaraq polisə uzadıb.
Hazırda onun haqqında cinayət işi qaldırılıb.
Digər xəbərlər
loading...