Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib
Lent.az xəbər verir ki, görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə son günlərdə Bayıl yamacında yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar.
İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyatı qurumlara Bayılda tikintisi aparılan və aparılacaq pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.
Eldar Əzizov bildirib ki, Səbail rayonunda həyata keçirilən bütün pilot layihələr hər hansı müdaxılə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir: “Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bununla əlaqədar sahibkarlar bu tələbləri öz fəaliyyətlərində əsas tutmalı, onlara göstərilən hərtərəfli dəstəklə əlaqədar tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər”.
Digər xəbərlər
loading...