Banqladeşin “Bapex” neft kəşfiyyatı və hasilatı şirkəti Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Banqladeşdə neft-qaz yataqlarının kəşfiyyatı işi üçün tərəfdaş kimi seçib
Virtualaz.org xəbər verir ki, bu məlumatı “Bangal Tribune” nəşri verib.
“Bapex”in yüksək vəzifəli əməkdaşlarından biri bildirib ki, Banqladeş bu il ərzində Azərbaycanla saziş imzalamaq niyyətindədir.
“Bapex”dəki mənbələr bildirirlər ki, SOCAR çağırışa cavab olaraq Banqladeşdə qazma işlərinin aparılması üzrə tenderdə iştirak edib. Bu zaman SOCAR işlərin qiymətini Banqladeşdə 15 qaz quyusunun qazma işlərini həyata keçirən “Qazprom”a nisbətən daha ucuz qeyd edib. Rusiya şirkəti qiyməti təxminən 18 milyon dollar göstərsə də, SOCAR həmin işi 11 milyon dollara görməyə hazır olduğunu bildirib.
“Bangal Tribune” qeyd edir ki, 9 nəfərlik nümayəndə heyəti sövdələşmənin şərtlərini müzakirə etmək məqsədilə artıq Azərbaycanda olub.
Mənbə qeyd edir ki, bu il Azərbaycanın nümayəndə heyəti Banqladeşə yollanacaq və saziş imzalanacaq.
Digər xəbərlər
loading...