Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb
Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 211 komandası yer alıb.
Sonuncu dəfə yanvarın 18-də açıqlanan siyahı ilə müqayisədə cədvəldə cüzi dəyişikliklər olub. Buna səbəb son 28 gündə keçirilən azsaylı yoxlama oyunlarıdı.
Dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Qurban Qurbanovun baş məşqçiliyi altında ilk matçını ötən ay Türkiyənin Antalya şəhərində keçirən komandamızın xal aktivi azalıb. Belə ki, 0:0 hesablı bərabərlik əmsalımızı 281-dən 275-ə qədər enməsi ilə nəticələnib.
Bu xal itkisi yığmanın mövqeyində də əksini tapıb. Millimiz 1 pillə geriləyib. Hazırda aktivində 275 xal olan Qurbanovun yetirmələri dünyanın 119-cu komandasıdı.
Millimiz və qonşuları
116 (113). İordaniya – 281
117 (115). Nikaraqua – 279
118 (124). Sudan – 276
119 (118). Azərbaycan – 275
120 (119). KXDR - 269
121 (120). Yeni Zelandiya - 267
122 (121). Mərkəzi Afrika Respublikası – 266
Dünyanın ən güclü 10 komandasının siyahısında heç bir dəyişiklik olmayıb. Yığmaların yalnız xal hesablarında dəyişikliklər qeydə alınıb.
İlk onluq
1 (1). Almaniya - 1602
2 (2). Braziliya - 1484
3 (3). Portuqaliya - 1358
4 (4). Argentina - 1348
5 (5). Belçika - 1325
6 (6). İspaniya – 1231
7 (7). Polşa - 1213
8 (8). İsveçrə - 1190
9 (9). Fransa – 1183
10 (10). Çili – 1153
Millimizin rəqiblərindən ən yaxşı nəticə 74-cü olan Makedoniyaya məxsusdu. Balkanlılar 1 pillə geriləsə də, bütün rəqiblərimizdən öndə qərarlaşıb.
Millimizin rəqibləri
74 (73). Makedoniya - 446
96 (97). Farer adaları - 364
93 (93). Belarus - 372
115 (116). Qırğızıstan - 282
132 (131). Latviya - 225
177 (178). Kosovo - 97
185 (185). Malta - 66
Qeyd edək ki, qonşu Türkiyə millisi 3 pillə irəliləyərək 38-ci yerə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 735 xal var.
Digər xəbərlər
loading...