“Əvvəllər bizdə hər seçkidən sonra icra başçıları işdən azad olunurdu…” – Zeynal Nağdəliyev
“Prezident, parlament, bələdiyyə seçkiləri və refrendumlar seçki sahəsində nailiyyətlərin artırılmasına nail olunub. Beynəlxalq təşkitlatlar hər dəfə seçki sahəsində irəliləyişlərin əldə olunduğunu qeyd edirlər”.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə, “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması vı keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti”mövzusunda çıxış edən Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev bildirib.
Z. Nağdəliyev deyib ki, DSK-ların fəaliyyəti seçki prosesinin daha demokratik və şəffaf keçirilməsində önəmlidir: “Seçkilərin demokrati k və şəffaf keçirilməsi sahəsində Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar akeçmişdə qalıb”.
Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: “Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15i il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələrin daha inkişaf etmiş bir ölkədə yaşayırlar”.
Digər xəbərlər
loading...