Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb
APA-nın məlumatına görə, görüşdə prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu toplantı “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında yeni mərhələdir. Azərbaycan prezidenti Cənub Qaz Dəhlizinin icrasına verdiyi dəstəyə görə Maroş Şefçoviçə və eləcə də Avropa İnvestisiya Bankına layihənin maliyyələşməsində dəstəyi ilə əlaqədar minnətdarlığını ifadə edib.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bu iclasda və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən əvvəlki iclaslarda iştirakından məmnunluğunu bildirib. Maroş Şefçoviç layihənin icrasında böyük inkişafın olduğunu deyib.
Digər xəbərlər
loading...