“Suriya yalnız İsrail deyil, Türkiyə və İordaniyada da sabitliyin pozulmasına şərait yaradır”
MilliYol.Az “Report”-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson İordaniyanın yerli telekanalına müsahibəsində İraq və Suriyadakı vəziyyəti şərh edərkən bildirib.
“İranın Suriya, İraq, Yəmən və Livandan qüvvələrini çıxarmasını istəyirik. İran bu ölkələrdə varlığı ilə sabitliyi təhdid edir. İŞİD-in bəzi silahlıları İraqda təhlükə yaradır. Bunu İraqın Baş naziri Heydər əl-İbadi də söyləyir. Biz bu məsələni İraq hökuməti ilə dəyərləndirəcəyik. Bu təhdidlər bitənədək İraqda qalacağıq”, – o vurğulayıb.
R.Tillerson deyib ki, ABŞ-ın Suriyadakı hərbi mövcudluğu İŞİD-in tamamilə məğlub olmasına əminlikdən asılıdr: “Buna əmin olanadək Suriyada qalacağıq. Bu, sabitlik gətirəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...