"Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb
MilliYol.Az xəbər verir ki, şirkətin Azərbaycanla bağlı hazırladığı “Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, proqnoza əsasən bu il iqtisadi artım 2017-ci illə müqayisədə 1,2%, gələn il isə 3,3% təşkil edəcək.
“Nominal ifadədə 2018-ci ildə ÜDM-in 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir. Bundan başqa, Azərbaycanda istehlak qiymətləri indeksinin bu il 9%, gələn il isə 4,8% olacağı proqnozlaşdırılır,” – deyə hesabatda qeyd olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...