ABŞ hərbçilərinin Suriyada PKK/YPG terrorçuları qorumaq üçün həyata keçirdiyi hücumda, Rusiya istehsalı olan tankların hədəf alındığı ortaya çıxıb
Avropa.info xəbər verir ki, sözügedən hücumda “Vaqner” qrupu kimi tanınan 40 rus muzdlu əsgərin həyatını itirdiyi iddia edilir.
Pentaqon tərəfindən yayılan görüntülərdə Rusiya istehsalı olan T-72 tankları və digər hərbi vasitələrin vurulduğu görünür. Rus mətbuatı hadisədə ən azı 40 rus muzdlu əsgərinin həyatını itirdiyini iddia edib.
ABŞ-ın “New York Times” qəzeti isə Əsəd əsgərlərinə qarşı təşkil olunan hücumda onlarla rus əsgərinin öldürüldüyünü yazıb.
Rus mediası Deyrizorda öldürülən rus əsgərlərindən bəzilərinin adını açıqlayıb. Qəzetlərin yazdığına görə, muzdlu rus əsgərlərindənVladimir Loqinov, Kirill Ananyev, İqor Kosoturov, Stanislav Matvev, Alexei Ladygin və digərləri öldürülüb.
NEFT SAVAŞI
Terror təşkilatı PKK/YPG terror təşkilatı İŞİD-dən aldığı neft yataqlarını ələ keçirmək üçün həmlə edən Əsəd əsgərləri PKK/YPG-nin qərərgahına hücum edib.
İddiaya görə, həmin qərargahda ABŞ əsgərləri də olub. ABŞ rəsmiləri Suriya diktatoru Bəşər Əsəd tərəfdarı olan 500-ə qədər döyüşçünün toplar, tanklar və raketlərlə PKK/PYD-ni hədəf aldığını və ABŞ ordusunun da tərəfdaşlarını qorumaq üçün hərəkətə keçdiklərini açıqlamışdı.
ABŞ və terror təşkilatı PKK/PYD havadan və qurudan Əsəd əsgərlərinə hücum təşkil etmişdi. Amerikalı rəsmilər Əsəd əsgərlərindən təxminən 100 nəfərin öldürüldüyünü açıqlamışdı.
RUSİYANIN “VAQNER” QRUPU SURİYADA
“Vaqner” muzdlu əsgər qrupu Rusiya ordusundan təqaüdə göndərilən polkovnik Dmitri Utkin tərəfindən yaradılan xüsusi bir təhlükəsizlik şirkətidir. İlk olaraq 2014-ci ildə Ukraynanın şərqindəki separatçılara verdikləri dəstəklə beynəlxalq təşkilatların hesabatlarına düşən “Vaqner” qrupu, daha sonra Suriyadakı daxili savaşa da qoşulub.
Rusiya qanunlarına görə pullu əsgər olaraq xidmət etmək və pullu əsgər saxlamaq yasaqdır. Rusiya “Vaqner” qrupunun mövcudluğunu rəsmi olaraq qəbul etmir. “Vaqner” qrupunun əsgərlərindən ölənlərin ailələrinə bəzən həftələr, bəzən də aylarla xəbər verilmir. Rusiyanın “Vaqner” şirkəti, ABŞ-ın İraq müharibəsində istifadə etdiyi və törətdiyi qırğınlarla xatırlanan özəl təhlükəsizlik şirkəti “Blackvater”i xatırladır.
“Vaqner”in əsgərlərinə aylıq 4 min dollar maaş ödənir. Ölən əsgərlərin ailələrinə isə rütbələrinə görə 22 min dollar ilə 52 min dollar arasında təzminat ödənilir.
Digər xəbərlər
loading...