“Atam həbsxanada rəhmətə getdi. Anam da ondan 1 il sonra vəfat etdi. Bizi bacım böyütdü. Bacım özü də həbsdədir. Yetim olmuşuq. Övladımla birlikdə cəza çəkirik”
Lent.az-ın məlumatına görə, bu sözləri ARB TV-nin “Rezonans” verilişində oğurluğa görə 8 il 6 ay həbs cəzası almış Xalidə Bəkirova deyib.
X. Bəkirova verilişdə bildirib ki, oğurluğa gedəndə yoldaşı da həbsdə olub: “Maddi durumumuz yox idi. Qızım xəstə idi. Qohumumla bir evə girdik. Qızılları götürüb qaçdıq. Oğru yoldaşım tutulmuşdu və 8 ay sonra da məni tutdular. 17 minlik deyildi, sadəcə ev sahibi özü elə yazmışdı. Qızılları aparıb satdıq. Uşağımı müalicə etdirdim. Qardaşımın özü həbsdədir. Oğurluq üçün girdiyimiz evdə kameralar var idi. Uşaqla birlikdə cəza çəkmək çox çətindir. O, ağlayanda ürəyim ağrıyır. Çox peşmanam. Uşaq idim, qanmırdım. Bacım da pis oldu bura düşməyimə. Allaha yalvarır ki, birinci mən çıxım. Orada olmağımı istəmir”.
Digər xəbərlər
loading...