Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında ölən şəxslərin sayıı açıqlanıb
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bildirilib ki, 2016-cı illə müqayisədə yol qəzalarının sayı 8,6 faiz azalıb.
Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da 10,6 faiz azalaraq 2469 nəfər olub. Onlardan 750-si ölüb, 1719-u isə yaralanıb.
Hadisələrin 43,5 faizi gündüz, 38,0 faizi gecə, 18,5 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 87,7 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 faiz artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1613 nəfər olub.
Digər xəbərlər
loading...