Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün verilən dövlət rüsumları ləğv edilir
Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliyə görə, qanunun 18.35 – 18.47-ci maddələri ləğv edilir . Mövcud qanunvericiliyə görə, əmtəə nişanı üçün – 45 manat, coğrafi göstərici üçün – 30 manat, kollektiv nişan üçün – 60 manat, əmtəə nişanları və coğrafi göstəricilərin qeydə almması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün – 30 manat, Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün – 25 manat, Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün – 10 manat, İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün – 10 manat, iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün – 35 manat, iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat, qeydə alınmış bir ədəd əmtəə nişanı üçün – 60 manat, qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat, Qeydiyyata alınmış əmtəə nişanma dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün – 60 manat, bir ədəd əmtəə nişanı üçün – 80 manat, bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün – 50 manat, Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün – 11 manat dövlət rüsumu ödənilir.
Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün: Əmtəə nişanı üçün – 95 manat, coğrafi göstərici üçün – 45 manat, kollektiv nişan üçün – 145 manat, Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün: əmtəə nişanı üçün – 5 manat, coğrafi göstərici üçün – 5 manat, kollektiv nişan üçün – 5 manat, Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün – 20 manat, Patent müvəkkillərinin qeydiyyata alınması üçün – 5 manat, Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün – 10 manat, Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün – 5 manat dövlət rüsumu ödənilir.
Dəyişikliyə görə isə yuxarıdan göstərilənlərə görə dövlət rüsumu ləğv edilir. /fed.az
Digər xəbərlər
loading...