ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkü atılıb
Dünya Güləş Birliyinin mənzil qərargahında baş tutan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv Kuba, Qazaxıstan və Rusiya yığmaları ilə B yarımqrupunda mübarizə aparacaq.
ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.
Milli aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.( report)
Digər xəbərlər
loading...